Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa klubu daha 2 oyunçunun keçidini həll etməyə çalışır.
Hədəfi Superliqaya yüksəlmək olan bursalılar “Qaziantep”in rumıniyalı pleymeykeri Aleksandru Maksim və “Leqanes”in qvineyalı dayaq yarımmüdafiəçisi Amadu Diavara ilə danışıq aparır. Maksimlə danışıqlar artıq son mərhələdədir. 6 ildir karyerasını Türkiyədə davam etdirən 35 yaşlı rumıniyalı keçidə razıdır. Diavara ilə danışıqlara isə yeni başlanılıb.
Qeyd edək ki, Toral Bayramov bu yay “Qarabağ”dan “Bursaspor”a keçib.






