Tərlan Əhmədovun istefasından sonra komandaya yeni baş məşqçi axtaran "Neftçi" seçimini edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Nazim Süleymanov çalışdıracaq.

Artıq yerli mütəxəssislə rəsmi müqavilə imzalanıb. Bu gün klub bazasında komandanın yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib. Klub prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə baş tutmuş görüşdə Nazim Süleymanov komanda üzvlərinə təqdim edilib. Yeni baş məşqçinin köməkçisi isə Səmədağa Şıxlarov olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp