“Bavariya”nın təcrübəli futbolçusu Klaudio Pisarro növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Perulu hücumçu gün məşq edərkən ombasını əzdiyindən həkim nəzarətinə götürülüb. Həkimlərinin ilkin məlumatına görə, 35 yaşlı futbolçu təxminən altı həftədən sonra yaşıl meydanlara qayına biləcək.
 
Qeyd edək ki, Pissaro cari mövsümdə 6 oyun keçirib və 2 qol vurub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp