Topaz Premyer Liqasının 11-ci turunda "Sumqayıt" klubu "Qəbələ" klubu ilə qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, "Qəbələ"nin müqavimətini qıra bilməyən "Sumqayıt" 0:2 hesabı ilə məğlub oldu.
 
Görüşdən sonra qonaqların baş məşqçisi Aqil Məmmədov oyunla bağlı bunları söyləyib
 
“Biz ilk dövrədə bu komandaya qalib gəlmişdik. Bilirdik ki, bu üzdən “Qəbələ” bizimlə ev oyununda ancaq qələbəyə köklənəcək. Fikrimcə, onlar bu gün layiqli qələbə qazandılar. Biz isə hələ öz oyun keyfiyyətimizi yaxşılaşdırmağa çalışmalıyıq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp