Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş "Neftçi" ilə qarşılaşmadan sonra "Simurq"un kapitanı Ruslan Poladov oyun haqda açıqlama verib. Futbolinfo.az xəbər verir ki, zaqatalıların 7 nömrəsi bunları söyləyib:
 
“Neftçi” ilə oyunun ağır keçəcəyini bilirdik. Buna baxmayaraq, mövqeyimizi yaxşılaşdırmaq üçün qələbə qazanmaq istəyirdik. Heyətlə bağlı çatışmazlıqların olmasına baxmayaraq, bir xal qazandıq. Qələbə qazana bilməməyimizə əsas səbəb isə hücumda top saxlaya bilməməyimiz oldu. Rəqibimiz zəif komanda deyil. Bundan sonra irəliyə baxmalıyıq. Hədəfimiz Avropaya çıxmaqdı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp