Topaz Premyer Liqasının 6-cı turunda "Neftçi"yə (3:1) məğlubiyyətdən sonra jurnalistlər önünə çıxmayan Kaxaber Sxadadzeni mətbuat boykot etmək qərarına gəlmişdi. Futbolinfo.az xəbər verir ki, qələm əhli gürcü mütəxəssisin mətbuat konfransında iştirakdan imtina etmişdi.
 
Bununla bağlı Kaxanın hansı addım atacağını öyrənmək üçün klubun mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıq. Klub sözcüsü saytımıza açıqlamasında bunları dilə gətirdi:
 
“Bu, boykot deyil. Necə olur ki, bir neçə jurnalist gəlib konfransda iştirak edir, amma Kaxanı boykot edirlər? Jurnalistlər zəng edib məndən Kaxanın konfrasda nə danışdığını soruşurlar. Bu, kütləvi etiraz deyil. Əgər etiraz edirlərsə, onda baş məşqçinin fikirlərini niyə işıqlandırırlar? Doğrudan da hansısa boykotdan söhbət gedərsə, o zaman hansısa işlər görülər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp