"Atletiko"nun gənc oyunçusu Oliver Torres La Liqanın 11-ci turunda "Betis"lə matçında (5:0) vurduğu qolla klubun tarixinə keçib. Futbolinfo.az xəbər verir ki, 18 yaşlı oyunçu qarşılaşmanın 13-cü saniyəsində fərqlənməklə klub tarixinin ən erkən qol vuran futbolçusu olub.
 
Bu həm də Torresi La Liqada ən erkən qol vuran 10-cu oyunçu olaraq tarixə salıb.
 
Qeyd edək ki, İspaniya çempionatında ən erkən qolun müəllifi  2007/2008 mövsümündə "Valyadolid – "Espanyol” matçında 7-ci saniyədə fərqlənən Xosep Lorentedi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp