"Mançester Yunayted" "Qalatasaray"ın ulduzu Uesli Sneyderi heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, klub yaxın günlərdə hollandiyalı futbolçuya 13 milyon avro təklif etmək niyyətindədi.
 
Bu barədə İngiltərə mətbuatında xəbərlər yayılıb. Hətta "Çelsi"də 28 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.
 
Qeyd edək ki, Sneyderlə "Qalatasaray"ın müqaviləsində futbolçunun 15 milyon avro qarşılığında sərbəst qalması haqda maddə var. Buna görə də İstanbul klubunun bu təklifi qəbul etmə ehtimalı az deyil.
 
Yeri gəlmişkən, “Qalatasaray”ın digər ulduzu Didye Droqba haqda da transfer xəbərləri yayılıb. Böyük ehtimalla forvard qarşıdakı mövsümdə də “Cim-Bom”un uğurları üçün çalışacaq.
 
“Qalatasaray”ın prezidenti Ünal Aysal klubun telekanalına müsahibəsində Kot`d-İvuarlı qolçuya yeni müqavilə təklif etməyə hazırlaşdıqlarını söyləyib. Didye isə bu açıqlamadan sonar rəhbərliyin təklifini qəbul etməyə hazır olduğunu bildirib.
 
Qeyd edək ki, bu ilin yanvarında “Qalatasaray”a transfer olunan Droqbanın müqaviləsi 1,5 illik idi və bu mövsümün sonunda bitəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp