Xəbər verdiyimiz kimi, ötən gün “Bayıl Arena”da Azərbaycan və Rusiya milli komandalarının azarkeşləri arasında yoldaşlıq oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, oyundan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov və Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx hər iki komandanın üzvləri ilə görüşərək uğurlar arzulayıb. 

Qarşılaşma 2:2 hesablı heç-heçə başa çatıb. (AFFA) 

Maraq üçün bildirək ki, bu gün Azərbaycan və Rusiyanın veteranları da qarşılaşacaqlar. Axşam saat 22:00-da isə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iki ölkənin əsas futbol yığmaları üz-üzə gələcəklər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp