Üç günlük istirahətdən sonra “Xəzər Lənkəran” ötən gün bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, Lənkərandakı hazırlıqdan sonra qısamüddətli istirahətə buraxılan komanda axşam saatlarında Milli olimpiya komandalarının təlim-məşq bazasının süni örtüklü meydançasında məşqə çıxıb.
Con Toşakın rəhbərliyi altında keçirilən məşqdə milli komandalarda olan 5 futbolçudan savayı bütün futbolçular iştirak edib. Bir saat davam edən hazırlıqda futbolçular əsasən toplu çalışmaları yerinə yetiriblər.
Bu gün səhər saatlarında “Xəzər Lənkəran” növbəti məşqinə çıxacaq.





