Portuqaliya millisinin hücumçusu Qonsalo Ramos karyerasını İtaliyada davam etdirəcək.

Futbolifno.az xəbər verir ki, PSJ-dən ayrılan 24 yaşlı futbolçu “Milan”la müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan sözləşmənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. “Milan” bu keçidə görə 74 milyon avro xərc çəkib.

Ramos ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 45 matçda meydana çıxıb. Portuqaliyalı forvard bu görüşlərdə 12 qol vurub, 2 məhsuldar ötürmə verib.

Shares: