Bu gün futbol üzrə İngiltərə Liqa Kuboku uğrunda oyunda iki böyük klub qarşı-qarşıya gələcək. Futbolinfo.az xəbər verir ki, dördüncü mərhələ çərçivəsində “Arsenal” öz evində Joze Morinyolu “Çelsi”ni qəbul edəcək.
 
London derbisi ərəfəsində Mourinyo öz fikirlərini açıqlayıb. Portuqaliyalı mütəxəssis bunları bildirib: “Azarkeşlər bizdən gərgin oyun gözləməsinlər. Çünki bazar günü oynayan oyunçular bu gün meydanda olmayacaq. İngiltərə Futbol Federasiyası istəsəydi, oyunu çərşənbə gününə sala bilərdi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp