Futbol üzrə Fransa Liqa 2-də növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu 12-ci tur çərçivəsində “Klermon”la qarşılaşıb.
"Land of fire Azerbaijan" formalı komanda bu oyunda qələbə qazanacağı təqdirdə liderliyə şərik olacaqdı. Lakin tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb – 0:0.
 
Bu nəticədən sonra “Lans” 22 xalla 2-4-cü yerləri bölüşür. 
Shares: