Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” klubu ilə üz-üzə gələcək.

“In Gernot Langes” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, “Qarabağ” Bakıdakı ilk yoxlama matçında “Zirə”ni məğlub edib – 4:3.

Shares: