“Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa yığmada nəticə verməyən məşqçi kimi xatırlanacağını düşünür”. Bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi özü deyib.
Argentinalı mütəxəssis İspaniyaya qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra qarşılaşma barədə danışıb: “Uruqvay millisinin futbolçularının potensialından maksimum yararlana bilmədim. Valverdeni əvəzləməklə hücum xəttində daha çox təsir gücü yaratmaq istəyirdim. Uruqvay futboluna verdiyim töhfə əslində heç nədir. Çünki baş məşqçinin milli komandaya etdiyi istənilən xidmət müsbət nəticə ilə tamamlanmırsa, onun heç bir əhəmiyyəti qalmır. Necə xatırlanacağımı soruşsanız, deyərəm ki, məni nəticə verməyən biri kimi xatırlayacaqlar. Oyun kifayət qədər bərabər mübarizə şəraitində keçdi. Heç-heçəyə layiq idik və ən azı bir xal qazanmalı idik. Problem komandamızın oyununda deyildi”.
Qeyd edək ki, ispanlara tək qolla uduzan Uruqvay qrupda qalıb.
