“Zirə”nin Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində evdə və səfərdə “Torpedo”ya (Gürcüstan) qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, iyulun 8-də Sumqayıtda baş tutacaq “Zirə” – “Torpedo”oyununu finlandiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Yani Hüytiya yan xətt hakimləri Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcək. Dördüncü hakim isə Peyman Simani olacaq.

16 iyul tarixində səfərdə keçiriləcək görüşdə isə oyunu macarıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Mihali Kapray yan xətt hakimləri İstvan Albert və Bense Belitsa köməklik edəcək. Dördüncü hakim isə Marsel Derdak olacaq.

Shares: