Luis de la Fuente Uruqvay millisinin futbolçularının sərt oyunundan şikayətçidir. İspaniya yığmasının baş məşqçisi bu barədə DÇ-2026-nın qrup mərhələsinin son oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis yeganə qolla qələbə qazandıqları görüşü şərh edib: “Çox çətin, gərgin və yüksək səviyyəli oyun oldu. Rəqib həddindən artıq sərt oynayırdı, amma qaydaların tətbiqi hakimlərin işidir.
Futbolçular vəziyyəti çox düzgün qiymətləndirdilər və qələbə qazanmaq üçün lazım olan hər şeyi etdilər. Bu komanda ilə həqiqətən fəxr edirəm. Onlar daim inkişaf edir və müxtəlif oyun variantlarına malikdirlər. Bu qarşılaşma futbol baxımından bizim sevdiyimiz üslubun tam əksi idi. Buna baxmayaraq, komandam bunun öhdəsindən gəlməyi bacardı”.
