Futbol üzrə dünya çempionatının G qrupunda 3-cü turun oyunları dramatik alınıb. Son ana qədər qrup liderliyi uğurdumda gərgin mübarizə gedib.

Belçika Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub edərək zirvəyə əyləşib. Halbuki avropalılar iki top fərqi lə öndə olarkən ikinci pillədə idi. Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.

Bu məğlubiyyətin ardından Yeni Zelandiya mundialla vidalaşıb. İran da eyni aqibəti yaşamağa yaxındır. Çünki asiyalılar son matçda qələbə qazana bilməməklə vəziyyətini çətinləşdirib. Ən yaxşı qrup uçunculərindən olmaq üçün İranın çox az şansı var.

Misir İran matçı 1:1 hesabı ilə bitib. Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.

İran son dəqiqələrdə qələbə üçün çox çalışsa da, afrikalılar bərabərliyi qoruyaraq ikinci pilləni tuta bilib.

mH3UCsNMdclsEeggwy2fsCZGsV73tcjQ2cbKh7zb 1200 - Futbolinfo.az
Shares: