Son zamanlar futbolda etdiyi dəyişikliklərlə yanaşı öz fikirləri ilə də gündəmə gələn Yozef Blatter yenə maraqlı fikir səsləndirib. Futbolinfo.az xəbər verir ki, o, bu dəfə İspaniyanın iki nəhəng klubunda – “Barselona” və “Real”da çıxış edən ünlü futbolçular – Lionel Messi və Kristiano Ronaldonu müqayisə edib:
“Messi yaxşı insandı. O, valideynləri üçün nümunəvi övladdı. Çox yaxşı oynayır və olduqca sürətli futbolçudu. Ronaldoya gəlincə isə, o komandasının komandiridi. Sadəcə, digər futbolçulara nisbətən bərbərxanada daha çox vaxt keçirir”.





