Londonun “Çelsi” klubu İspaniyanın “Real” komandasının təcrübəli futbolçusu Xabi Alonsoya elçi düşüb. Futbolinfo.az xəbər verir ki, onun xidmətində İngiltərə nəhənginin portuqaliyalı baş məşqçisi Joze Mourinyo şəxsən özü maraqlıdı.
 
İspaniyalı futbolçu vaxtilə bu mütəxəssisin rəhbərliyi altında top qovub. Onun oyununa yaxşı bələd olan portəgiz məşqçi indi Alonsonu yeni komandasında görmək istəyir.
 
Maraq üçün bildirək ki, Alonsonun “Real”la müqaviləsinin müddəti 2014-cü ildə bitir. Bu futbolçu ilə İtaliyanın “Yuventus” və İngiltərənin “Liverpul” klubları da yaxından maraqlanır.
Shares: