İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Darren Fletçer uzun fasilədən sonra meydana qayıdıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi "qırmızı şeytanlar"ın əvəzedici heyətində "Fulhem"ə qarşı baş tutan matçda meydana çıxıb.
David Moyesin icazə verəcəyi təqdirdə şotlandiyalı “M.Y.”nin premyer-liqadakı oyunlarına da çıxa biləcək.
Məlumatınız olsun ki, Fletçer sonuncu dəfə 2011-ci ilin sonlarında meydanda olmuşdu.





