"Rubin"in şərəfini qoruyan Gökdeniz Karadeniz klubun rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bir çox məsələlərə toxunub:
"Mənim "Rubin"lə olan müqaviləm 31 may 2015-ci ildə başa çatırdı. Lakin biz müqavilə müddətini 2016-cı ilə mayın 31-nə qədər artırdıq. Bu formal xarakter daşıyır. Çünki "Rubin" həmişə mənim komandam olacaq. Kazan isə mənim ikinci evim kimidi. Biz komanda olaraq istəyirik ki, həmişə azarkeşlərimizə qələbə hədiyyə edək. Həmişə yaxşı futbol oynamağa çalışmışıq. Ancaq bunun həmişə yaxşı alındığını deyə bilmərəm".
Bundan başqa Karadeniz 12 il şərəfini qoruduğu "Trabzonspor"dan da söhbət açıb: "Trabzon mənim vətənimdi. Mən orda futbolçu olmuşam. Kazan qeyd etdiyim ki, mənim ikinci evimdi. Futbolçu karyeramın 12 ilini orda keçirmişəm. Kazan da isə mən yeni mədəniyyətlər, adətlər öyrənirəm".





