"Real"ın baş məşqçisi Karlo Ançelotti 91 milyon avroluq oyunçusu Qaret Beyl haqda danışıb. Futbolinfo.az xəbər verir ki, italiyalı ölkəsinin mətbuatına açıqlamasında uelsli yarımmüdafiəçinin son iştirak etdiyi matçlarda yaxşı oyun nümayiş etdirmədiyini qəbul edib: 

"Beyl istənilən formada deyil. Ancaq bunun səbəbi yeni bir komandada forma geyməsidi. Onun zamana ehtiyacı var. İspaniya futbolu İngiltərədəkindən fərqlənir".

Qeyd edək ki, Beyl yayda keçdiyi “Real”da yalnız 1 qola imza atıb.

Shares: