"Milan"ın futbolçusu Mario Balotelli keçmiş baş məşqçisi Joze Mourinyo ilə yenidən çalışa bilər. Futbolinfo.az xəbər verir ki, gənc hücumçunun meneceri Rayola onun London klubuna transfer oluna biləcəyini deyib.
Ancaq "Milan"ın prezidenti Silvio Berluskoni hələlik buna razılıq vermək istəmir. Bu haqda vitse-prezident Adriano Qalliani məlumat verib: "Onlar bir-birlərini çox yaxşı tanıyırlar. Ən əsası da bir-birindən nifrət edərək ayrılmayıblar. Hələ də əlaqələri var. Balotellini "Çelsi"yə transferi reallaşa bilər. Ancaq Qalliani bunu istəmir".
Qeyd edək ki, Mourinyo "İnter"də olarkən Balotellinin baş məşqçisi olub.





