“Simurq”la oyunda qələbəyə layiq oyun nümayiş etdirsək də qol vura bilmədik. Elə təkcə mənim fərqlənmək üçün bir neçə real imkanım oldu". Futbolinfo.az xəbər verir ki, bu sözləri klubun rəsmi saytına açıqlamasında Cavid İmamverdiyev deyib.
İmamverdiyev sosial şəbəkələrdə azarkeşlərlə yaşanan mübahisələrə görə üzrxahlıq edib: "Bu fürsətlərdən yararlana bilməməyimizi azarkeşlər təbii olaraq narazılıqla qarşılayırlar. Əlbəttə ki, nəticə tələb etmək azarkeşlərin haqqıdı və onlar öz fikirlərini sosial şəbəkələrdə də bildirirlər. Sadəcə oyun sonrası psixoloji gərginlik səbəbindən bir azarkeşlə dialoqum sərt alınmışdı. Elə bu oyunda fərqlənə bilmədiyimə görə özümü hamıdan çox qınayıram. Qoy azarkeşlərimiz bilsin ki, biz futbolu onlar üçün oynayırıq. Azarkeşlərə Avropa Liqası, 3 qat ölkə çempionluğu yaşadan “Neftçi” bunun davamını gətirəcək".





