Topaz Premyer Liqasının 12-ci turunda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununun biletləri bu gündən satışa çıxarılıb. Futbolinfo.az xəbər verir ki, biletləri saat 14:00-dan matçın başlayacağı saatadək “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq.
VİP və adi tribunalarda matçı izləməyin qiyməti isə müxtəlifdi. Belə ki, VİP yerlər üçün biletlərin qiyməti 5, digər yerlər üçün isə 1 manatdı.
Qeyd edək ki, noyabrın 2-də “Bakcell Arena” keçiriləcək oyun saat 19:00-da başlanacaq.





