"Aston Villa"nın futbolçusu Mark Olbrayton "Uiqan"a keçib. Futbolinfo.az xəbər verir ki, o, yeni klubunda icarə əsasında çıxış edəcək.
 
Transferin maraqlı cəhəti ondan ibarətdi ki, Olbrayton "Uiqan"la cəmi 28 günlük müqavilə imzalayıb. Komandanın çalışdırıcısı Ouen Koyl futbolçu haqda xoş fikirlər səsləndirərək, onun komandaya faydalı olacağını qeyd edib.
 
Tərəflərin 28 gündən sonar hansı addımı atacağı maraqla gözlənilir.
Shares: