Almaniyanın “Borrusiya” (Dortmund) komandasının baş maşqçisi Yurgen Klopp klubla yeni müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, 46 yaşlı təcrübəli mütəxəssis müqavilə müddətini 2018-ci ilin yayına qədər uzadıb.
2008-ci ildən Dortmundda olan Klopp bu zaman ərzində iki dəfə Almaniya çempionu olub və bir dəfə ölkə kubokunu qazanıb. 2012-2013 mövsümündə isə Çempionlar Liqasının finalına qədər yüksəlib.





