“İnter”lə oyuna hazırlığımız davam edir. Oyunun favoriti "İnter" hesab olunur. Lakin biz də təslim olmaq fikrində deyilik". Bu sözləri Futbolinfo.az saytına açıqlamasında "Rəvan"ın baş məşqçisi Şahin Diniyev deyib.
 
Diniyev komandasının təslim olmayacağını bildirib: "Düzdü, statistika rəqibimizin xeyrinədi. Bildiyimiz kimi, bütün komandalar bizdən yuxarı pillələrdə qərarlaşıb. Yalnız "Sumqayıt" bizdən 2 xal geridi. Lakin bu o qədər də böyük fərq deyil. Ölkə çempionatında "İnter"lə "Rəvan" arasında keçirilən 5 oyunun hamısında rəqib qələbə qazanıb. İnanıram ki, bu dəfə qələbə növbəsi bizdədi. Buna görə fasilə vermədən hazırlığı davam etdiririk. Məqsədimiz "Şəfa" stadionunda 3 xal qazanmaqdı”.
Shares: