Dünən Türkiyə mətbuatına açıqlama verən Türkiyə millisinin baş məşqçisi Fatih Terim sərt açıqlamalarıyla yadda qalıb. Futbolinfo.az xəbər verir ki, Terim açıqlamasında əsasən "Qalatasaray"ın prezidentini açıq şəkildə tənqid edərək bunları deyib:
“Klubda onsuz da məni istəmirdilər. Telefon zənginə gec cavab verdim deyə, yeni məşqçi arayışına çıxmaq 2 il ard-arda çempion olmuş bir məşqçiyə çox pis təsir edən amildi. Mənə edilənlər Ali Sami Yenə və ya Metin Oktaya edilsəydi, onlar da inciyib gedərdilər".





