Xəbər verdiyimiz kimi, bu gün “Bakı” Madrid “Atletiko”sunun futbol akademiyasına göndərəcəyi 1999-cu il təvəllüdlü futbolçuları mətbut nümayəndələrinə təqdim edib. Futbolinfo.az xəbər verir ki, tədbirdə iştirak edən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da bu layihə ilə bağlı fikirlərini açıqlayıb:
“Ölkə başçısı cənab İlham Əliyevin futbol siyasətinə dəstək olan “Bakı” klubu bu yöndə layihə gerçəkləşdirir. Sadəcə, İspaniyaya yollanan uşaqlar bu imkandan səmərəli istifadə etməli və Azərbaycan futboluna fayda verməlidilər”.





