Xəbər verdiyimiz kimi, bu gün “Bakı” Madrid “Atletiko”sunun futbol akademiyasına göndərəcəyi 1999-cu il təvəllüdlü futbolçuları mətbut nümayəndələrinə təqdim edib. Futbolinfo.az xəbər verir ki, tədbirdə iştirak edən Madrid “Atletiko”sunun Marketinq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Emilyo Qutyerres fikirlərini çatdırıb:
 
“Bu tədbir əməkdaşlığımızın tərkib hissəsidi. Buna görə Azad Rəhimova və Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm. Bu uşaqlar orda nəinki futbol, onun mədəniyyətini də öyrənəcəklər. Akademiyamızın ən güclü komandaları ilə məşq keçib, yaxşı təcrübə qazanacaqlar. Elit komandanın işi ilə tanış olacaqlar. Akademiyanın hər bir futbolçusu əsas komandaya düşməyi hədəfləyir. Sizə də bunu arzulayıram. Çünki bu imkan hər kəsə qismət olmur. Hər cür rəqabətə hazır olmalı və əlinizə düşən imkanlardan layiqincə yararlanmalısız. Orda dil öyrənməklə bərabər, gəzintilərə getmək və “Atletiko”nun oyunlarına baxmaq imkanı qazanacaqsız. Layihənin sonunda uğurunuzu eşidərək, belə tədbirin yenidən keçirilməsini arzu edirəm”. 
Shares: