“Real” Dieqo Lopeslə yeni müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, müqavilənin müddətində dəyişiklik yoxdu.
O, 2017-ci ilə qədər komandada qalacaq. Ancaq qolkiperin məvacibində artım var. Onun əməkhaqqısı əvvəlkindən 2 dəfə yüksək olacaq.
Qeyd edək ki, Lopes bu mövsüm 14 oyunda “Real”ın şərəfini qoruyub.





