"Barselona"nın baş məşqçisi Xerardo Martino "Espanyol"la oyunöncəsi futbolçusu Lionel Messi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis Messinin əvvəlki formasından uzaqda olması fikri ilə razılaşmadığını bildirib:
"Messinin hər oyunda 2-3 qol vurmağına adət etmişik. Əgər o birdən çox qol vurmazsa, deməli nəsə problem var. "Selta Viqo" ilə matçda əla oynadı. Onunla tez-tez söhbətim olur. Messinin nə qədər güclü biri olduğunu hər dəfə hiss edirəm. Ancaq Messinin də müəyyən qədər dincəlməsi lazımdı. Onun əvvəlki formasından uzaq olduğunu düşünmürəm. Qarşıdakı oyunlarda özünü ən yaxşı tərəfdən göstərəcəyinə əminəm".





