“Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyder zədələnib. Futbolinfo.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ötən gün “Konyaspor”a qarşı keçirilən oyunda start heyətdə yer alsa da, meydanı tez tərk etmək məcburiyyətində qalıb.
Belə ki, 7-ci dəqiqədə topa vurmaq istəyərkən sağ baldırından zədələnən təcrübəli futbolçu ilə bağlı baş məşqçi Roberto Mançini də açıqlama verib. İtaliyalı mütəxəssis Sneyderin bir-iki günə tibbi müayinədən keçiriləcəyini deyib.
Qeyd edək ki, 29 yaşlı futbolçu zədə səbəbindən bu qarşılaşmaya komandadan ayrı şəkildə hazırlaşmışdı.





