“Qarabağ”ın qapıçısı Miro Varvodiçin baş məşqçi Qurban Qurbanovun siyahısından silindiyi getdikcə daha da inandırıcı görünməyə başlayır. Artıq xeyli müddətdi Fərhad Vəliyevin əvəzedicisinə çevrilmiş legioner futbolçunun yeni qapıçının – Şehiçin gəlişindən sonra komandadan gedəcəyi gözlənilir.
Ağdam klubu sabah Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Qəbələ” ilə mühüm qarşılaşmaya çıxacaq. Varvodiç isə belə bir qarşılaşma öncəsi komandası ilə birgə olmaq əvəzinə Bakıda gəzintiyə çıxıb. O, bu saatlarda “28 Mall”da istirahətlə məşğuldu. Görünür, qapıçı “Qarabağ”a lazım olmaması ilə barışıb.
Shares: