Bu gün Topaz Premyer Liqasının 12-ci turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
 
Günün ilk matçı Sumqayıtda keçiriləcək. Sumqayıtın eyni adlı komandası doğma azarkeşlər önündə AZAL-ı qəbul edəcək. Çempionatın autsayderi olan Aqil Məmmədovun yetirmələri bu oyunda dönüş yarada bilər.
 
"Gənclik şəhəri" təmsilçisi qələbə qazanacağı təqdirdə autsayder mövqeyindən xilas ola biləcək. "Sumqayıt"ı 2 xal qabaqlayan "Rəvan"ın "İnter"ə məğlub olması komanda üçün əla fürsət sayıla bilər. Bundan başqa məğlubiyyət nəticəsində Aqil Məmmədovun postunun silkələnəcəyi də deyilir. AZAL da səfərə xal qazanmaq üçün yollanır. Artıq 6 turdu qələbəyə həsrət qalan "təyyarəçilər" autsayderdən 3 xal almağa çalışacaq. Qazanılan qələbə Vaqif Sadıqovun komandasının qələbəsizlik seriyasına son qoyacaq.
 
Növbəti oyun isə mərkəzi arenada baş tutacaq. "Qarabağ" digər bölgə komandası "Qəbələ"ni sınağa çəkəcək. Çempionluğa iddiası ilə seçilən 3 komandadan ikisinin qarşılaşması maraqla gözlənilir. "Neftçi"nin "Xəzər Lənkəran" üzərində qələbəsi bakılıları liderlik kürsüsünə qaldırsa da, Ağdam təmsilçisi 3 xaldan sonra yenidən lider ola bilər. Yuri Syominin komandası aktivinə 3 xal yazsa, liderliyi Bakı təmsilçisi ilə bölüşəcək. Məğlubiyyət isə iki komandadan birini liderlik mübarizəsindən az da olsa, uzaqlaşdıracaq.
 
Topaz Premyer Liqası
12-ci tur
3 noyabr (bazar)
 
15:00. Sumqayıt – AZAL
Hakimlər: Yusifov Fariz, Haşımov Mübariz, Əsgərov Azər, Məmmədov Fərid.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
 
17:00. Qarabağ – Qəbələ
Hakimlər: Ağayev Əliyar, Zeynalov Zeynal, Mehman Mahmudov, Məhərrəmov Ramiz.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Turun digər oyunları: Bakı – Simurq – 3:2, İnter – Rəvan – 3:2, Neftçi – Xəzər Lənkəran – 4:1.
 
1 Neftçi 12 7 4 1 18 8 +10 25
2 Qarabağ 11 7 3 1 20 4 +16 24
3 Qəbələ 11 7 1 3 17 9 +8 22
4 Bakı 12 5 3 4 21 14 +7 18
5 İnter 12 5 1 6 21 18 +3 16
6 AZAL 11 4 3 4 11 15 –4 15
7 Simurq 12 3 5 4 11 12 –1 14
8 XL 12 3 4 5 10 17 –7 13
9 Rəvan 12 1 4 7 7 24 –17 7
10 Sumqayıt 11 1 2 8 5 20 –15 5
 
Bombardirlər:
6 – Əfran İsmayılov (Bakı).
5 – Vaqif Cavadov (İnter), Mindauqas Kalonas (Bakı), Reynaldo (Qarabağ), Bahodır Nasimov (Neftçi), Baçana Sxadadze (İnter).
4 – Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ).
Shares: