Futbol üzrə İngiltərə Premiyer Liqasının 10-cu turuna start verilib. Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə 8 oyun keçirilib.
Turun açılış maçında “Nyukasl” öz meydanında "Çelsi"ni Yoan Qofran və Loik Reminin vurduğu qollarla 2:0 hesabı ilə məğlub edib. 10-cu həftənin mərkəzi qarşılaşmasında isə "Arsenal" klubu Londonda "Liverpul" komandasını qəbul edib. Bu oyunda da meydan sahibləri qalib gəlib. Santi Kazorla və Aron Remzinin fərqlənməsi "Arsenal"a vacib 3 xalı qazandırıb. Turun ilk gününün digər qarşılaşmalarında isə bu nəticələr qeydə alınıb:
İngiltərə çempionatı
10-cu tur
2 noyabr
Arsenal – Liverpul – 2:0
Qollar: Santyaqo Kasorla, 19, Aron Remzi, 59.
Nyukasl – Çelsi – 2:0
Qollar: Mussa Sissoko, 42, Loik Remi, 89.
Fulhem – Mançester Yunayted – 1:3
Qollar: Aleks Kaçanikliç, 65 – Valensia, 9, Robin van Persi 20, Ueyn Runi, 22.
Hall Siti – Sanderlend – 1:0
Qol: Karlos Kvilar, 25-öz qapısına.
Mançester Siti – Norviç – 7:0
Qollar: Bredli Conson 16-öz qapısına, David Silva 20, Matiya Nastasiç, 26, Alvaro Neqredo, 36, Yaya Ture, 60, Aquero, 71, Dzeko, 86.
Stok Siti – Sautqempton – 1:1
Qollar: Beqoviç 1 – Rodriqes, 42.
Vest Hem – Aston Villa – 0:0
Vest Bromviç – Kristal Pelas – 2:0
Qollar: Berahinyo 44 – MakAuli, 83.
Hesabat turuna bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq. "Everton" "Tottenhem"i, "Kardiff" isə "Suonsi"ni qəbul edəcək.
| 1 | Arsenal | 10 | 8 | 1 | 1 | 22 | 9 | +13 | 25 |
| 2 | Chelsea | 10 | 6 | 2 | 2 | 16 | 8 | +8 | 20 |
| 3 | Liverpool | 10 | 6 | 2 | 2 | 17 | 10 | +7 | 20 |
| 4 | Manchester City | 10 | 6 | 1 | 3 | 28 | 11 | +17 | 19 |
| 5 | Southampton | 10 | 5 | 4 | 1 | 11 | 4 | +7 | 19 |
| 6 | Tottenham Hotspur | 9 | 6 | 1 | 2 | 9 | 5 | +4 | 19 |
| 7 | Everton | 9 | 5 | 3 | 1 | 14 | 10 | +4 | 18 |
| 8 | Manchester United | 10 | 5 | 2 | 3 | 17 | 13 | +4 | 17 |
| 9 | Newcastle United | 10 | 4 | 2 | 4 | 14 | 16 | –2 | 14 |
| 10 | Hull City | 10 | 4 | 2 | 4 | 8 | 10 | –2 | 14 |
| 11 | West Bromwich Albion | 10 | 3 | 4 | 3 | 10 | 10 | 0 | 13 |
| 12 | Swansea City | 9 | 3 | 2 | 4 | 12 | 11 | +1 | 11 |
| 13 | Aston Villa | 10 | 3 | 2 | 5 | 9 | 12 | –3 | 11 |
| 14 | West Ham United | 10 | 2 | 4 | 4 | 8 | 8 | 0 | 10 |
| 15 | Fulham | 10 | 3 | 1 | 6 | 10 | 15 | –5 | 10 |
| 16 | Stoke City | 10 | 2 | 3 | 5 | 7 | 11 | –4 | 9 |
| 17 | Cardiff City | 9 | 2 | 3 | 4 | 8 | 13 | –5 | 9 |
| 18 | Norwich City | 10 | 2 | 2 | 6 | 6 | 20 | –14 | 8 |
| 19 | Sunderland | 10 | 1 | 1 | 8 | 7 | 22 | –15 | 4 |
| 20 | Crystal Palace | 10 | 1 | 0 | 9 | 6 | 21 | –15 | 3 |





