Futbol üzrə İtaliya millisinin və “Milan”ın keçmiş müdafiəçisi Alessandro Nesta məşqçiliyə başlayır. Avropa mətbuatının xəbərinə görə, təcrübəli futbolçu Kanada “Monreal”ının baş məşqçisi olacaq.
 
Futbolinfo.az xəbər verir ki, o, bu postda isveçrəli Mark Şallibaumu əvəzləyəcək. Bununla da Nesta cari mövsümdə komandanın üçüncü baş məşqçisi olacaq.
 
Xatırladaq ki, Nesta futbolçu karyerasını ötən ay məhz bu klubda başa vurub.
Shares: