“Mançester Siti” Çempionlar Liqasındakı rəqibi ÇSKA-nın tərəfdarlarına noyabrın 5-də keçiriləcək matç üçün bilet satmayacağını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, “şəhərlilər”in bu qərarı almasında Moskvada oynanılan matçdakı rusiyalı fanatların irqçi davranışları səbəb olub.
Xatırladaq ki, Rusiya təmsilçisinin tərəfdarları oktyabrın 23-də Moskvada keçirilən qarşılaşmada “Siti”nin qaradərili oyunçusu Yaya Tureyə qarşı irqçi ittihamlar səsləndirmişdi. Məsələ ilə bağlı olaraq ÇSKA rəsmiləri Mançester klubundan biletlərin satılması üçün xahiş etsə də, bütün cəhdlər nəticəsiz qalıb.





