“Barselona”nın ulduzu Lionel Messi son vaxtlar zəif oyun nümayiş etdirməsinə görə aldığı tənqidlərə cavab verib. Futbolinfo.az xəbər verir ki, argentinalı hələ 100 faiz hazır olmadığı üçün qol vurmaqda çətinlik çəkdiyini bildirib.
 
2011-ci ilin aprelindən bəri ilk dəfə La Liqada dörd matç dalbadal fərqlənə bilməyən hücumçu ona yönəldilən tənqidlərin əsassız olduğunu sözlərinə əlavə edib. Messi zədəsini tam sağaltdıqdan sonra əvvəlki formasına qayıdacağını bildirib.
 
Xatırladaq ki, çərşənbə günü “Barselona”nı Çempionlar Liqasında “Milan”la çətin oyun gözləyir.
Shares: