Topaz Premyer Liqasının 12-ci turu yeni rekordla yadda qaldı. Futbolinfo.az xəbər verir ki, ötən gün başa çatan hesabat turunda cari mövsümün ən yüksək məhsuldarlığı qeydə alınıb.
Belə ki, turun 5 oyununda qapılara 22 qol vurulub. Bu da hər oyuna orta hesabla 4,4 qol deməkdi.
Turun yalnız bir matçında – "Sumqayıt" – AZAL görüşündə hesab açılmayıb (0:0). Ən çox "Qarabağ" – "Qəbələ" oyununda qol vurulub – 7 (4:3). "Neftçi" – "Xəzər Lənkəran" (4:1), "İnter" – "Rəvan" (3:2) və "Bakı" – "Simurq" matçlarında 5 (3:2) qol vurulub.
İndiyədək ən çox 6-cı turda qol vurulmuşdu – 16. Ümumiyyətlə 12 turun 60 oyununda 146 qol qeydə alınıb ki, bu da hər matça orta hesabla 2.43 top deməkdi.





