Futbol üzrə dünya çempionatında daha iki qrupda mübarizə başa çatıb.

Kanzasda keçirilən F qrupunun III turunun matçında Niderland Tunisi məğlub edib – 3:1. Liderlə autsayderin görüşündə Elye Skiri (3-öz qapısına), Brayan Brobbi (7) və Yan Paul van Heke (62) Niderlandın qollarını vuran futbolçular olub. Afrika təmsilçisinin yeganə qolu isə 54-cü dəqiqədə Hazem Masturidən gəlib.

Digər oyunda Yaponiya İsveçlə qarşılaşıb. Dallasda baş tutan matçda qalib müəyyənləşməyib – 1:1. Yaponların heyətində Daydzen Maeda (56), avropalılarda isə Antoni Elanqa (62) diqqət mərəzinə düşüb.

Qrupu lider baş vuran Niderland seçməsi növbəti mərhələdə C qrupunun ikincisi olan Mərakeşlə qarşılaşacaq. İkinciliyi təmin edən Yaponiya isə Braziliyaya rəqib olub.

b8hOjkFSD5CWZxJclpnVT0HM7v7JtRtqtspioPhJ 1200 - Futbolinfo.az

D qrupunda mübarizə aparan Türkiyə lider ABŞ ilə matçda təsəlli qələbəsi qazanıb. Los-Anceles stadionunda keçirilən III turunun matçında “ay-ulduzlular” 3:2 hesablı qələbəyə seviniblər.

Avropa təmsilçisinin heyətində Arda Güler (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.

Qrupun digər oyunu bərabərliklə bitib. Paraqvay – Avstraliya matçında hesab açılmayıb – 0:0.

Bu nəticənin ardından Avstraliya pley-off mərhələsinə vəsiqə qazanıb. Paraqvay yığmasının növbəti mərhələ şansı isə digər qrupların görüşlərindən asılı olacaq. ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.

xhhjRD0Aa0uIRQmZaGcSpiVxNZSgmckLouNiL1QM 1200 1 - Futbolinfo.az
Shares: