Türkiyə yığmasının baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın qrup mərhələsinin III turunda ABŞ üzərində 3:2 hesablı qələbəni vacib hesab edir. İtaliyalı mütəxəssis bunu oyundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi oyuna yaxşı hazırlaşdıqlarını deyib: “98-ci dəqiqədə Kaanın sevinci hamımızın sevinci idi. Bu, matça necə hazırlaşdığımızı göstərir. Yığmamız bunu haqq etmir. Həm komanda, həm də prezident üçün çox yaxşı oldu. Hər kəs kimi mən də duyğusallaşdım. Bu qələbəni qazanmaq çox vacib idi, çünki qürurumuz üçün oynadıq. Bacardıq və xoşbəxtik”.
Montella heyətdəki hər bir oyunçuya güvəndiyini bildirib: “Əslində, kimi dəvət etmişiksə, oynaya biləcək vəziyyətdədir. 1-ci dəqiqədən sonra qol buraxdıq. Nə etdiyini bilən bir komanda olmasaydıq, geridönüş edə bilməzdik. Bunu hər kəsə göstərdik. İlk 2 oyunda da bu ruhu nümayiş etdirdik, lakin futbolda bəzən belə şeylər baş vermir. Futbolçularımın heç bir zaman bu qədər spesifik hücumları haqq etdiyini düşünmürəm. Ona görə də bu qələbəni qazandıqları üçün xoşbəxt oldum”.
