Cənubi Afrika Respublikasının “Kayzer Çifs” klubunun idman direktoru Motaunq Jr komandanın müdafiəçisi Eyden Makkartinin “Sabah”a transferini dəyərləndirib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, klub rəsmisi bunu 22 yaşlı mərkəz müdafiəçisi üçün böyük şans hesab edib.

Onun fikrincə, Makkarti Çempionlar Liqasında özünü doğrultsa, gələcəkdə daha böyük klublarda çıxış edə bilər: “Sabah”ın müraciətindən sonra Eydenin transferinə razılıq verdik. Onun gələn mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaq heyətdə yer almasından qürur duyuruq. Eyden gənc və perspektivli oyunçudur. Beynəlxalq arenada özünü yaxşı tərəfdən göstərsə, daha güclü liqalarda mübarizə apara bilər”.

Qeyd edək ki, Eyden Makkarti “Sabah”la 3+1 illik müqavilə imzalayıb.

Shares: