Futbol üzrə dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, bu gün E qrupunda da mübarizə yekunlaşıb.

Almaniya Ekvadorla, Kurasao Kot-d’İvuarla qarşılaşıb. Nyu-York/Nyu-Cersi stadionu keçirilən Ekvador – Almaniya matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Ekvadorun heyətində Nilson Anqulo (9) və Qonsalo Plata (78) fərqləniblər. Bundestimin yeganə qolu isə 2-ci dəqiqədə Leroy Sanenin aktivinə yazılıb.

Kurasao – Kot-d’İvuar matçında isə afrikalılar inamlı qələbəyə seviniblər. Filadelfiya stadionunda keçirilən oyunda 2 cavabsız qol qeydə alınıb – 2:0. 7 və 64-cü dəqiqələrdə Nikolya Pepe diqqət mərkəzinə düşüb.

Bu nəticələrin ardından Almaniya və Kot-d’İvuar 6 xalla pley-offa yüksəliblər. Ekvador 4 xalla 3-cü olubsa, son sırada yer alan 1 xallı Kurasao isə mundialla vidalaşıb.

Shares: