Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu DÇ-2026-nın pley-off mərhələsində üz-üzə gələcəkləri Braziliya ilə matçı səbirsizliklə gözləyir. Bunu Asiya təmsilçisinin baş məşqçisinin özü mundialın qrup mərhələsində İsveçə qarşı oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bərabərə bitən qarşılaşmanı şərh edib: “Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, bu dəfə alınmadı. Növbəti mərhələdə bizi Braziliya ilə çox maraqlı və çətin oyun gözləyir. Rəqib çox güclüdür, lakin düşünürəm ki, qalib gələrək növbəti mərhələyə yüksəlmək şansımız var. Məqsədimiz də məhz bu imkandan yararlanmaqdır və buna uyğun hazırlaşacağıq. Yoldaşlıq görüşündə Braziliyanı məğlub etmişdik. Ola bilsin ki, bu dəfə onlar daha da motivasiyalı olacaqlar. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Yaponiya – İsveç matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

Shares: