Rusiya millisi 2022-ci ilin fevralından bəri ilk dəfə FIFA-nın turnirində iştirak etmək hüququ qazanıb.
Futbolinfo.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın U-15 millisi bu ilin oktyabrında Azərbaycanda keçiriləcək dünya çempionatına qatıla bilər.
FIFA turnirdə iştirakla bağlı üzvü olduğu bütün ölkələrin milli assosiasiyalarına rəsmi dəvət göndərdiyini açıqlayıb. Rusiya mətbuatında yayılan məlumata görə, Rusiya Futbol İttifaqına da bununla bağlı dəvət gedib. Rusiya yığmasının mundiala dəvətinə digər ölkələrin, xüsusən də, Ukraynanın cavabı maraqla gözlənilir.
Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabr aralığında keçiriləcək.
