İngiltərə yığmasının yarımmüdafiəçisi Deklan Rays və müdafiəçisi Ris Ceyms DÇ-2026-nın qrup mərhələsinin III turunda Panama ilə matçı buraxa bilərlər.
Futbolinfo.az xəbər verir ki, hər iki futbolçu Qana ilə qarşılaşmadan (0:0) sonra zədələnib.
Zədənin ciddi olmadığı bildirilsə də, futbolçuların hər ehtimala qarşı növbəti oyunu buraxa biləcəkləri vurğulanıb.
Qeyd edək ki, İngiltərə – Panama qarşılaşması iyunun 28-də keçiriləcək. 2 turdan sonra İngiltərə yığması 4 xalla L qrupunda 1-ci, Panama isə 0 xalla sonuncu – 4-cü pillədə qərarlaşıb.






