“Real” Niko Pası heyətinə qatmaq üçün rəsmi addım atıb. Madridlilər “Komo”nun əsas heyət üzvünü geri qaytarmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, Madrid klubunda yetişən Argentina əsilli ispaniyalı 2024-cü ildə 6 milyon avroya İtaliya klubuna satılıb. Amma razılaşmada bənd var ki, İspaniya nəhəngi onu 9 milyona geri almaq hüququna malikdir və madridlilərin razılığı olmadan yarımmüdafiəçi heç kimə satıla bilməz.

Ötən mövsüm əla çıxışı ilə yadda qalan 21 yaşlı oyunçu “Real”ın baş məşqçisi Joze Mourinyonun diqqətini çəkib. Onun təlimatı ilə “Komo”ya geri satınalma bəndinin aktivləşdirilməs üçün rəsmi müraciət olunub.

Maraqlıdır ki, Pasın müqaviləsində daha bir bənd onun yenidən “Komo”ya dönə bilməsi ilə bağlıdır. Belə ki, İtaliya klubu 60 milyon avro ödəyərək onu birdəfəlik transfer edə bilər. Amma bu şərt yalnız növbəti həftəyədək keçərlidir.

Shares: